Fotoqrafiya üzrə yay düşərgəsi təşkil olunur
   
   “YARAT” Müasir İncəsənət Mərkəzi uşaqlar üçün fotoqrafiya sənətinə həsr olunacaq kurslara start verir.
   Tanınmış fotoqraf Elmar Mustafayev tərəfindən keçiriləcək kurs “Fotoqrafiya vasitəsilə öz hekayəni danış” adı altında təşkil ediləcək. Kurs zamanı hər kəs öz şəxsi fotoşəkillər silsiləsini yaradacaq, həmçinin iştirakçılar fotoqrafiyanın əsas iş prosesi, işıqlandırma, fokus, kompozisiya və digər amillər haqqında məlumat ala biləcəklər.
   Proqram iştirakçıları “YARAT”da yeni təqdim olunmuş “Qazaxıstan üzərində günəş və neonlar” adlı qrup sərgisi ilə də tanış olacaqlar.
   Sonda mərkəzdə əsərlərin kiçik sərgisi təşkil olunacaq. Kursa yazılmaq istəyənlər “Yay düşərgəsi” qeydi ilə iyulun 25-dək info@yarat.az ünvanına müraciət edə bilərlər.