Sumqayıt şəhərində yerləşən Qubadlı rayon V.Əliyev adına Mədəniyyət evində Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin zona müşavirəsi keçirilib.
   İdarə rəisi Mehman Şükürov tədbirdə çıxış edərək uşaq incəsənət və musiqi məktəbləri şagirdlərinin beynəlxalq festivallarda qazandığı uğurları yüksək qiymətləndirib, məktəblərdə yeni tədris ili ilə əlaqədar şagird qəbulunun vəziyyəti, dərs bölgüsü məsələlərinə toxunub.
   Mədəniyyət müəssisələrində aşkar olunan problemlərlə bağlı irad və təkliflər diqqətə çatdırılıb, kitabxana, muzey, rəsm qalereyası, musiqi məktəblərinin ödənişli fəaliyyətə keçirilməsinin zəruriliyi vurğulanıb. 
   Həmçinin regional idarənin tabe müəssisələrində "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"na və mədəniyyət və turizm nazirinin müvafiq əmrinə əsasən 15 sentyabr 2017-ci il tarixdən etibarən filmlərin nümayişi ilə bağlı görüləcək işlər müzakirə olunub, tapşırıqlar verilib.