Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mərkəzləşdirilmiş kitabxana sistemlərinin (MKS) fəaliyyətinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Şirvan şəhəri, Hacıqabul, Saatlı rayonları üzrə MKS-nin direktorları iştirak ediblər.
   Sabirabad MKS-nin direktoru E.Urufov çıxış edərək oxucular arasında müsabiqələrin keçirilməsi, kitabxana filiallarında “Gənc turist” guşələrinin yaradılması və s. məsələlərlə bağlı danışıb. 
   Sonra qeyd olunan məsələlər barədə müzakirələr aparılıb. Hacıqabul MKS-nin direktoru D.Həsənov, Saatlı rayon MKS-nin direktoru S.Bağırov informasiya-resurs və kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, Mərkəzi kitabxana əməkdaşları tərəfindən kənd kitabxana filiallarında çalışan işçilərə kompüter və ALİSA proqramı ilə işləmə vərdişlərinin öyrədilməsi, kitabxana filiallarının işçiləri tərəfindən regionun tarixi, mədəniyyəti, turizm potensialı barədə materialların "Vikipediya"da yerləşdirilməsi barədə mülahizələrini bölüşüblər.