Mayın 11-13-də Gürcüstanın Batumi şəhərində XI Beynəlxalq “Expo Batumi Travel” turizm sərgisi açılacaq. “Geonet Express” şirkətinin təşkilatçılığı ilə keçiriləcək sərgidə Azərbaycan, Almaniya, Türkiyə, Rusiya, Ukrayna və digər ölkələrin turizm şirkətləri təmsil olunacaq. 
   Sərgi çərçivəsində, həmçinin reklam və informasiya turları olacaq, təqdimatlar və jurnalistlərlə görüşlər keçiriləcək.