Bakı Turizm İnformasiya Mərkəzindən bildiriblər ki, Formula 1 yarışlarının keçirilməsi ilə bağlı əsas şəhər istiqaməti olan magistral yolların bağlanması nəzərə alınaraq 23 aprel - 1 may tarixlərində “Baku City Tour” turistik avtobuslarının fəaliyyəti müvəqqəti dayandırılacaq. 
   Eyni zamanda “Sprinter” turistik mikroavtobuslarla Bakının sakinləri və qonaqları üçün Qobustan Dövlət tarixi-bədii qoruğu, “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu, “Yanardağ” və “Qala” qoruqlarına ekskursiyalar təşkil ediləcək.
   Fərdi və qrup şəklində tur sifarişləri üçün (+994 12) 498 12 44 və yaxud (+99455) 746 99 46 nömrəli telefonlarla əlaqə saxlamaq olar.