Rusiyanın populyar “45-ci paralel” elektron ədəbiyyat almanaxı Azərbaycanın Xalq şairləri Süleyman Rüstəmin və Bəxtiyar Vahabzadənin yaradıcılığına yer ayırıb.

Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində ədəbiyyat portalında hər iki şairin şeirləri, yaradıcılıqları haqqında məlumat verilib.

Qeyd edək ki, “45-ci paralel” elektron ədəbiyyat almanaxında mütəmadi olaraq Yohann Höte, Vladimir Nabokov, Boris Pasternak, Osip Mandelştam kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığına diqqət ayrılır.

Elektron ədəbiyyat almanaxında S.Rüstəmin və B.Vahabzadənin şeriləri Azərbaycan ədəbiyyatının görkəmli təbliğatçısı Vladimir Qafarovun tərcüməsində verilib.