Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon Mərkəzi kitabxanası Uşaq şöbəsinin müdiri Kəmalə Cəfərovanın təşəbbüsü ilə “Tərəqqi” tədris mərkəzinin məktəbəhazırlıq qrupunda “Nağıl saatı” təşkil edilib.

***

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Nəriman Həsənzadənin 90 illiyinə həsr olunmuş onlayn tədbir keçirilib. Xalq şairinin də qoşulduğu tədbiri millət vəkili, akademik Nizami Cəfərov aparıb.

Yubiley tədbirində Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli, Qazax Xeyriyyə Cəmiyyətinin sədri, professor İlham Pirməmmədov, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Əməkdar artist Azad Şükürov, ədəbiyyatşünas Məti Osmanoğlu və başqaları şairin yaradıcılığı haqqında fikirlərini bölüşüblər. Sonda Nəriman Həsənzadə ona göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Ağstafa rayon MKS-nin təşəbbüsü ilə Mərkəzi kitabxananın Uşaq şöbəsi görkəmli ədib, pedaqoq Abdulla Şaiqin 140 illiyinə həsr olunmuş “Körpələrin böyük məhəbbəti” adlı onlayn tədbir keçirib.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 2 saylı kitabxana filialı da Nəriman Həsənzadənin 90 illiyi münasibətilə şairlə onlayn görüş keçirib. 

Gəncə şəhər MKS-nin 1 saylı kitabxana filialı Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İnqilab İsaqın yeni çap olunmuş “Savaş sevdası” kitabının onlayn təqdimatını keçirib.

***

Sabirabad Regional Mədəniyyət İdarəsi Şirvan şəhər Heydər Əliyev Mərkəzi və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə qalereyanın dərnək üzvlərinin rəsmlərindən ibarət qrafika sərgisi təşkil olunub. Sərgidə 25-dən çox əsər nümayiş olunub.