Şəki Regional Mədəniyyət İdarəsi Balakən rayon MKS-də kənd kitabxana filiallarının rəhbərləri, Mərkəzi kitabxananın əməkdaşları və fəal oxucuların iştirakı ilə “Dünya poeziyasının dahisi” mövzusunda videoformatda tədbir keçirilib.

***

Şəmkir Regional Mədəniyyət İdarəsi Daşkəsən rayon Heydər Əliyev Mərkəzi və Daşkəsən MKS-nin birgə təşkilatçılığı ilə “Nizami yaradıcılığında humanitar və demokratik fikirlərin inkişafı, insan haqlarının təbliği və müdafiəsi” mövzusunda videokonfrans keçirilib.

***

Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş rayon Şıxlı kənd kitabxanası Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar şairin “Yeddi gözəl” poemasından “Xeyir və Şər” mənzum hekayəsinin təhlilinə həsr olunmuş tədbir təşkil edib.