Xalqımızın qan yaddaşına əbədi həkk olunmuş Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə Sumqayıt, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Biləsuvar, Masallı və Lənkəran regional mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib.

Bütün insanlığa qarşı törədilən bu faciəyə həsr olunan videokonfranslar, ağac əkmə aksiyaları keçirilib, ədəbi-bədii kompozisiyalar, kitab və rəsm sərgiləri təşkil edilib.

Tədbirlərdə vurğulanıb ki, 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu tarixi Zəfərə imza ataraq torpaqlarımızı işğaldan azad edib, Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb.