Şəki Regional Mədəniyyət İdarəsi Qax rayon Almalı kənd Mədəniyyət evi və kənd kitabxanasının əməkdaşları Vətən müharibəsinin iştirakçısı, kənd sakini Nihat Cumayev və onun ailəsi ilə görüşüblər.

Qax rayon Heydər Əliyev Mərkəzində Gənclərin inkişaf və karyera mərkəzi rayon nümayəndəliyinin birgə təşəbbüsü ilə Vətən müharibəsi qaziləri Məhəmməd Veysəlli və Əli Süleymanovla görüş keçirilib.  Heydər Əliyev Mərkəzinin və mərkəzdə fəaliyyət göstərən 2 saylı kitabxananın əməkdaşları şəhid Rəvan Bünyadlının Almalı kəndində yaşayan ailəsini ziyarət edib, maddi və mənəvi dəstək göstəriblər.

Qax rayonu Güllük kənd Mədəniyyət evi və kənd kitabxanasının əməkdaşları Vətən müharibəsi qazisi Asif Məmmədli ilə görüşüblər.

Balakən rayon MKS-nin Məlikzadə kənd kitabxana filialının əməkdaşları və kitabxananın fəal oxucuları tərəfindən Hənifə kəndində şəhid Turqut Keçiliyevin məzarı ziyarət olunub.

Zaqatala rayon Muğanlı kənd Mədəniyyət evi və kənd kitabxanasının birgə təşəbbüsü ilə I və II Qarabağ müharibəsi iştirakçıları Akif Qurbanov, Ramazan Gülməmmədov, Elçin Qurbanov və Həsən Yusibovla görüş keçirilib. R.Xəlilov adına Muxax kənd Mədəniyyət evində və Uzuntala kənd klubunda da qazi və şəhid ailələri ilə görüşlər təşkil edilib.

***

Beyləqan Mərkəzi Rayon Xəstəxanasının həyətində şəhid baş leytenant Mahir Dadaşzadəyə həsr edilmiş abidə-bulağın açılış mərasimi keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, Təhsil şöbəsi, Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən rayon Mədəniyyət Mərkəzi və xəstəxananın işçiləri iştirak ediblər.

***

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin filialları olan Lək kənd klubu və Qaraməmmədli kənd Folklor evinin əməkdaşları Vətən müharibəsi şəhidləri Asif Abışov və Elməddin Yusifovun ailələrinə baş çəkiblər.