Avropanın üç ən böyük kino forumundan biri olan Berlin Beynəlxalq Film Festivalı bu il pandemiya səbəbindən iki mərhələdə və fərqli formatda keçiriləcək. 71-ci Berlin Beynəlxalq Film Festivalında türk kinosu da yer alacaq.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, festival 1-5 mart tarixlərində gerçəkləşən onlayn bölümü sektor nümayəndələri üçün nəzərdə tutulub.  9-20 iyun tarixlərində isə festivalın tamaşaçılar üçün film nümayişləri təşkil ediləcək.

Festivalın "Avropa Film Bazarı Türkiyə" hissəsində 2020-ci ildə çəkilən və cari il çəkilişi davam edən tammetrajlı və sənədli filmlər nümayiş olunacaq. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Boğaziçi Mədəniyyət və İncəsənət Vəqfinin əməkdaşlığı ilə təşkil edilən "Avropa Film Bazarı Türkiyə" hissəsində "Xarici film istehsalı dəstəyi" proqramı da beynəlxalq kino mütəxəssislərinə təqdim ediləcək.

Bu il 71-ci Berlin Beynəlxalq Film Festivalında əsas mükafat – “Qızıl ayı” uğrunda 15 film yarışacaq. Əsas yarışmanın münsifləri arasında əvvəlki illərdə “Qızıl ayı” qazanan Məhəmməd Rəsoulof, Nadav Lapid, Adina Pintilie, İldiko Enyedi, Gianfranco Rosi və Jasmila Zbanic var.

Kanat Doğramacının prodüser, Ferit Karahanın rejissor olduğu "Məktəb təraşı" bədii filmi festivalın "Panorama" bölümündə təqdim ediləcək.

Mehparə SULTANOVA
Ankara