Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Goranboy rayon Rəhimli kənd sakinin Vətən müharibəsi şəhidi İbrahim Məmmədovun ailəsi ilə görüş keçiriblər.

Kəlbəcər rayon MKS-nin İstisu kənd kitabxana filialında “Qəhrəman oğullar” başlığı altında onlayn tədbir keçirilib.

***

Sumqayıt Regional Mədəniyyət İdarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq musiqi məktəbinin kollektivi Vətən müharibəsi şəhidi Qəzənfər Mütəllimovun ailəsini ziyarət edib.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin filiallarının əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib, Vətən müharibəsi qazisi Səyyad Cəfərli ilə görüşüblər.

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Metodika və biblioqrafiya şöbəsi və Gültəpə kənd kitabxana filialının əməkdaşları tərəfindən Vətən müharibəsi şəhidi Ceyhun İsayevin məzarı ziyarət olunub.

***

Kürdəmir Regional Mədəniyyət İdarəsi İmişli rayon Mədəniyyət Mərkəzinin əməkdaşları 2016-cı il Aprel döyüşlərinin şəhid baş leytenantı Cavid Dədəkişiyevin məzarını ziyarət ediblər.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon MKS-nin Xidmət şöbəsinin əməkdaşları tərəfindən Vətən müharibəsi şəhidi Nihad Abdullayevin doğum günündə  məzarı ziyarət olunub.

***

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrında Aprel döyüşləri şəhidi Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı, Şuşa uğrunda döyüşlərdə şəhid olan İntiqam Əsgərli qardaşlarının xatirəsinə həsr olunmuş virtual ədəbi-bədii kompozisiya təqdim edilib. “Cəsur ürəklər” adlı kompozisiyada teatrın yaradıcı kollektivi ilə bərabər Masallı Dövlət Regional Kollecinin tələbələri də iştirak ediblər.

Teatrın rejissoru Cəmaləddin Əliyevin şəhid qardaşların həyatı və şərəfli döyüş yolundan bəhs edən monoloqu səsləndirildikdən sonra tələbələrin ifasında vətənpərvərlik və şəhidlərə ehtiram ruhunda şeirlər söylənilib.