F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “İnstagram” sosial şəbəkəsi üzərindən həyata keçirdiyi “Qonağım ol” rubrikasında yazarlarla görüşlər davam edir.

Layihənin məqsədi oxucu və müəlliflər arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazarların yeni kitablarını oxuculara tanıdılmasına şərait yaratmaq, uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu bir daha diqqətə çatdırmaqdır.

Rubrikanın növbəti qonağı uşaqların sevimli yazarı Solmaz Amanova olub.

Virtual görüş zamanı yazıçı yaradıcılığı, əsərləri haqqında danışıb, “Cəsur ayı və dostları”, “İlmənin macəraları”, “Şuşanın sehrli açarları” və s. yeni kitabları barədə ətraflı məlumat verib. Yazıçı canlı yayıma qoşulan izləyicilərin müxtəlif suallarını cavablandırıb.

Görüşün sonunda Solmaz Amanova “Tariximizi nağıllarda öyrənək” devizi ilə hamını kitab oxumağa səsləyib.