Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Heydər Əliyev Sarayı “Nizami xəzinəsindən” adlı layihə çərçivəsində ədəbi-bədii musiqili kompozisiya hazırlayıb.

Layihədə gənc bəstəkar Saleh Nəzərovun Nizami Gəncəvinin sözlərinə yazdığı romanslar təqdim olunub. 

Sarayın mətbuat xidmətindən verilən məlumata görə, layihənin məqsədi istedadlı gəncləri dahi şairin irsindən bəhrələnərək yeni əsərlər yaratmağa təşviq etməkdir. Romanslar Heydər Əliyev Sarayının nəzdində yaradılan “Perfect Troupe” gənc vokalçılar qrupu tərəfindən ifa edilib.