İki cilddə dastan antologiyası hazırlanır

 

Son illərdə aşıq sənətinə və ədəbiyyatına dair bir sıra  nəşrlər ərsəyə gətirən Azərbaycan Aşıqlar Birliyində (AAB) bu dəfə dastanlara müraciət etmək qərara alınıb.

Bu barədə məlumat verən AAB-nin katibi Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, iki cilddə çap olunması nəzərdə tutulan antologiyada aşıqlarımızın repertuarında bu gün də mühüm yer tutan dastanlara yer veriləcək.

Günümüzün ustad aşıqlarından Ələddin Göyçəli, Fətulla Göyçəli, Ağamurad Şirvanlı, Arif Əsgərov, Altay Məmmədli, Qələndər Zeynalov, Nazim Quliyev, Nəbi Nağıyev, Elman Talıstanlı, Məmməd Bozalqanlı, Nizami Şirinov, eləcə də İxtiyar Qocayev, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı, Şöhrət Kərimov, Elbrus Hüseynov, Anar Kərimov, Anar Qurbanov və digərlərinin repertuarından “Abbas və Gülgəz”, “Qurbani”, “Tahir və Zöhrə”, “Leyli və Məcnun”, “Aşıq Qərib”, “Valeh və Zərnigar”, “Alıxan və Pəri”, “Şah İsmayıl və Gülzar”, “Yəhya bəy Dilqəm”, “Aşıq Hüseyn və Reyhan xanım” və digər dastanların yenidən sənətsevərlərə və geniş oxucu kütləsinə çatdırılması nəzərdə tutulur.

Toplunun ilk cildi bu ilin birinci yarısında ictimaiyyətə təqdim olunacaq.