Görkəmli ictimai-siyasi xadim, ilk Cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadənin (1884-1955) 140 illiyinin qeyd edilməsi haqqında dövlət başçısının sərəncamına əsasən, Astara Tarix-Diyarşünaslıq Muzeyində tədbir təşkil olunub. Tədbirdə qeyd olunub ki, Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərib.

Sonda şagirdlərin ifasında vətənpərvərlik mövzulu şeirlər səsləndirilib.

Lerik rayon Heydər Əliyev Mərkəzi və Arif Nuriyev adına şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyin birgə təşkilatçılığı ilə “İstiqlal mücadiləmizin parlaq siması – Məhəmməd Əmin Rəsulzadə” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxışlardan sonra  Rəsulzadə haqqında qısametrajlı film nümayiş etdirilib.