M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində (12 mart) Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konsert keçirilib.

Martın 12-də gerçəkləşən musiqi axşamında dirijor Fərhad Qarayusiflinin rəhbərliyi ilə orkestrin (bədii rəhbər və baş dirijor – Xalq artisti Fəxrəddin Kərimov) ifasında E.Elgarın “Simlilər üçün serenada” (op.20), B.Brittenin “Sadə simfoniya” (op.4) və B.Bartokun “Simlilər üçün divertisment” (op.BB118) əsərləri səsləndirilib.