26-27 aprel tarixlərində Türkiyənin İzmit şəhərində 7-ci Qaqauz fotosərgisi keçirilib.

Sərgi Koçaeli Böyükşəhər Bələdiyyəsi, Qaqauz Dostluq və Kültür Dərnəyi və bir sıra QHT-nin dəstəyi ilə gerçəkləşib.

Açılış mərasimində çıxış edən Moldovanın Ankaradakı səfiri Dmitri Groitor bildirib ki,  ölkəsinin cənubunda (Qaqauz Yeri) yaşayan qaqauz türkləri Türk dünyasının bir parçasıdır. Diplomat deyib ki, sərginin məqsədi Türkiyə vətəndaşlarının bu tədbir vasitəsilə qaqauz türklərinin mədəniyyətini daha yaxından tanımasına şərait yaratmaqdır.

Qaqauz mədəniyyətini əks etdirən 60 fotonun nümayiş olunduğu sərgidə qardaş ölkədə yaşayan soydaşımız, İstanbul Universitetinin doktorantı Səidə Ömərin də fotoları yer alıb.

Qeyd edək ki Səidə Ömərin anası qaqauz, atası azərbaycanlıdır. O, Tükiyənin "TRT Türkü" radiosunda yayımlanan "Azərbaycan rüzgarı" adlı proqramın müəllifi və aparıcısıdır.