Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Şüvəlan qəsəbə Mədəniyyət evində  29 aprel – Beynəlxalq Rəqs Gününə həsr olunmuş konsert proqramı keçirilib.

Konsertin məqsədi uşaq və gənclərə Azərbaycan xalq rəqslərinin tarixini, milli xüsusiyyətlərini öyrətmək, uşaqların asudə vaxtlarını səmərəli təşkil etmək və istedadlı gəncləri üzə çıxarmaqdır.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsert proqramında Mədəniyyət evinin “Səma” rəqs ansamblının ifasında Azərbaycan və bir sıra xalqların rəqsləri nümayiş olunub.