Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən A.Məlikov adına 11 nömrəli onbirillik Musiqi məktəbində görkəmli bəstəkar Asəf Zeynallının (1909–1923) 115 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə unudulmaz sənətkarın həyat və yaradıcılığından bəhs edilib. Bildirilib ki, bəstəkar və ictimai xadim, ilk milli romansların müəllifi olan Asəf Zeynallının qısa ömrü  rəngarəng əsərlərlə naxış vurub. O, fortepiano və skripka üçün miniatürlərin, ilk simfonik əsər nümunələrinin, muğamlarımıza əsaslanan 9 fuqanın, "Çahargah", "Uşaq süitası", "Durna", "Ölkəm" və digər əsərlərin müəllifidir.

Sonra şagirdlər bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.