Tbilisi Azərbaycan Dövlət Dram Teatrında “Ağ bayraqlar”

   Tbilisi Azərbaycan Dövlət Dram Teatrının kollektivi məşhur gürcü yazıçısı Nodar Dumbadzenin “Ağ bayraqlar” əsəri əsasında eyniadlı tamaşa hazırlayıb. Tamaşanın quruluşçu rejissoru Namiq Valehoğlunun bildirdiyinə görə, səhnə əsəri fevralın əvvəllərində tamaşaçılara təqdim olunacaq. ... Ətraflı

Musiqili Komediya Teatrı yenidən tamaşaçıları görüşə dəvət edir

   Azərbaycan Dövlət Musiqili Komediya Teatrı qısa fasilədən sonra yenidən tamaşaçıları səhnə əsərlərinə baxmağa dəvət edir. Hazırda Musiqili Komediya Teatrının binasında təmir-bərpa işləri aparıldığı üçün teatrın kollektivi Dənizçilərin Mədəniyyət Evində fəaliyyət göstərir. Yaradıcı ... Ətraflı

Sumqayıt Musiqili Dram teatrında premyera: “20 ildən sonra“

   Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında fevral ayında Əli Əmirlinin “20 ildən sonra“ tamaşasının premyerası keçiriləcək. Səhnə əsərinin rejissoru Firudin Məhərrəmov, rəssamı Sevinc Həsənova, bəstəkarı Telman Qəniyevdir. Teatrda həmçinin iki tamaşa üzərində i... Ətraflı

Salyan Dövlət Kukla Teatrı yeni premyeraya hazırlaşır

   Salyan Dövlət Kukla Teatrı yazıçı Əli Səmədlinin “Allahverdinin vəfalı xoruzu” əsəri əsasında hazırladığı tamaşanın məşqlərini başa çatdırır. Teatrın direktoru Yavər Cəbrayılov bildirib ki, fevralın əvvəllərində tamaşanın premyerası olacaq. Teatr yeni tamaşası ilə respublikanın müx... Ətraflı

Füzuli Dram Teatrında «Vicdanın hökmü» hazırlanır

   Füzuli Dövlət Dram Teatrı yeni tamaşa hazırlayıb. Bu günlərdə təqdim olunan «Gözdən axan yaş gözə sığışmaz» adlı poetik xalq faciəsi 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olaraq səhnələşdirilib. Yaradıcı kollektiv ha... Ətraflı

Naxçıvan Dövlət Musiqili Dram Teatrında yeni tamaşa

  Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı yeni tamaşa səhnələşdirir. Mədəniyyət müəssisəsindən verilən məlumata görə, teatr kollektivi Məmməd Cəfərin “İnsanlar və talelər” tamaşasının məşqlərinə başlayıb. Tamaşa “İnsanlar və talelər”in kinossenarisi əsasında hazırla... Ətraflı

Ağdam Dram Teatrının kollektivi Gəncədə çıxış edib

   Ağdam Dövlət Dram Teatrının kollektivi Gəncədə Fransız yazıçısı Marsel Birkye-Marinyenin “Oğru” pyesini tamaşaçılara təqdim edib. Ailə-məişət məsələlərindən bəhs edən və dövlət sifarişi ilə hazırlanmış tamaşa alqışlarla qarşılanıb. Tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət x... Ətraflı

Milli Dram Teatrı 260 nəfərlik heyətlə işə başlayacaq

   Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 260 nəfərə yaxın heyətlə işə başlayacaq. Teatrın direktoru İsrafil İsrafilov bildirib ki, hazırda işə qəbul olunacaq işçilərin sənədlərinin və müqavilələrin hazırlanması prosesi gedir. Bu proses yanvarın 27-də başa çatdırılacaq.  &n... Ətraflı

«Müqəddəs bahar»

   Minbir saatlıq siyasətdən bir saatlıq sənət əsəri…      Mən bu balet-tamaşaya sıradan bir tamaşaçı kimi dəvətliydim. Amma jurnalistlik «zat»ım üzə çıxdı; bloknot-qələmi də götürdüm. Bu tamaşa haqda informativ yüküm isə qəzetimizin son sayındakı qısa xə... Ətraflı

Rus Dram Teatrında italyan klassikinin əsəri səhnələşdiriləcək

   Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində italyan klassiki Carlo Goldoninin “Biznes-ledi” əsəri tamaşaya qoyulacaq. Teatrdan bildiriblər ki, tamaşanın rejissoru Aleksandr Şarovski, baş rolun ifaçısı isə aktrisa Natalya Şarovskayadır. İtalyan yazıçısı Carlo Goldoni tərəfindən ... Ətraflı