Sərgidə doğma Qarabağımızla bağlı fotoşəkillər, həvəskar rəssamların əl işləri və kitablar nümayiş etdirilir. Kürdəmir Dövlət Rəsm Qalereyasında keçirilən daha bir tədbir isə "Qarabağ uşaqların yaddaşında" adlı asfalt üzərində rəsm müsabiqəsi idi. Tədbir Kürdəmir Dövlət Rəsm Qalereyasının ətrafında "Gənc Heydərçilər" mədəniyyət və istirahət parkında keçirildi.

Kürdəmir Dövlət Rəsm Qalereyasının üzvləri Qarabağ mövzusu ilə bağlı öz fantaziyalarını, öz duyğularını təbaşirlə asfalt üzərinə həkk etməyə çalışırdılar.

Dərnəyin üzvləri Mehrab Qafarov, Nuridə Əliyeva, Nəriman Qasımov, Firəngiz Rəsulova, Rufanə Şəmiyeva və Rüstəm Hacıoğlanovun asfalt üzərində çəkdikləri rəsmlər tamaşaçıların daha çox diqqətini çəkdi, onlar tərəfindən daha böyük maraqla qarşılandı.

Sonda ən yaxşı rəsm çəkənlər Kürdəmir Dövlət Rəsm Qalereyasının rəhbərliyi tərəfindən mükafatlandırıldılar. Tədbir böyük ruh yüksəkliyi ilə başa çatdı.

Məryəm Əliyeva,
Kürdəmir rayon MKS-nin baş kitabxanaçısı