Dinimizin vacib ehkamlarından biri də Həcc ziyarətidir. Hər imkanlı möminin boynunda bu ibadət var. Heç olmasa ömründə bir dəfə Məkkəyə getməyi və müqəddəs Kəbəni ziyarət etməyi Allah hər imkanlı bəndəsinə buyurmuşdur. Çox şükürlər ki, son 15-20 ildə ölkəmizdən olan zəvvarların sayı çoxalıb. Amma son beş ildə Həcc ziyarətinin işıqlandırılması şou xarakteri daşıyır, özü də şou nümayəndələri tərəfindən. Yola düşməzdən bir ay əvvəl gələcək zəvvar bunu efir və ekrandan, qəzet və jurnallardan elan edir. Hətta aidiyyəti olmayan məqamda belə bu mövzu qabardılır. Məsələn, SMS yarışmasında iştirakçı çıxışa başlamazdan əvvəl münsif anasının və qardaşının, yaxın dostunun ziyarətə gedəcəyini bildirir.

Şou proqramlarda həmçinin açıq-saçıq geyinmiş sənətçi xanımlar Həcc təəssüratlarından şövqlə söz açırlar.
Bir xalq artistimiz də var ki, hələ 70-80-cı illərdən onun həzin çalğısına vurğunuq. Amma istər apardığı verilişdə, istərsə də zəng  vurduğu digər proqramlarda təkəbbürlü intonasiya ilə özünü Hacı ...  kimi təqdim edir.
Bəzən elə hallar da olur ki, mədə niyyət nümayəndələri 3-cü - 5-ci dəfə Həccə getdiklərini bildirirlər. Bu “yüksək əyarlı hacılar»a xatırlatmaq ustərdim ki, ölkəmizdə  təmirini və bərpasınıı gözləyən kifayət qədər mədəniyyət ocağı var.

Vəsaitinizin bir qismini bu ocaqların yenidən alışmasına xərcləsəniz Rəbbimizə daha xoş gedər.
 Bir də “üçqat - beşqat” hacıların dostları və yaxınları arasında ziyarətə getmək istəyən o qədər saf qəlbli mömin var ...
Onu da xatırladım ki, Həzrəti-peyğəmbər Məhəmməd (s.a.) Həcc ziyarəti vacib buyurulandan sonra cəmisi bir dəfə Kəbədə olmuşdu. Əgər ulu Tanrı məsləhət görsəydi, ən sevimli bəndəsinə bunu bir neçə dəfə nəsib edərdi.
Hər bir ibadət - kiçik sədəqə və ya məsuliyyətli Həcc ziyarəti - Allah rizası üçündür. Hədisi - şərifdən birində belə deyilir: Sağ əlin verdiyindən sol əlin xəbəri olmamalıdır.

Amma nədənsə biz efir, qəzet vasitəsi ilə 7 dağ və 7 dənizə hacı olduğumuzu bildirmək arzusundayıq.  Nə isə...  
Bu  yaxınlarda növbəti Həcc mövsümü başa çatıb və zəvvarlar evə dönüblər. Narahat olmayın, sizi tanıyanlar onsuz da ziyarətinizə gələcəklər.
Xoş gəldiniz, hacılar.
Allah ziyarətinizi qəbul eləsin!

Mətanət Tağıyeva 

Yazı “Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi” müsabiqəsinə təqdim olunur.







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar