Bu gün (13 fevral saat 12. 00) Cəlil Məmmədquluzadənin ev-muzeyində böyük ədibin anadan olmasının 140 illiyinə həsr olunmuş xatirə tədbiri keçiriləcək.
   «Cəlil Məmmədquluzadə və müasirlərimiz» adlanan tədbirə Mirzə Cəlil yaradıcılığının tədqiqatçısı, filologiya elmləri namizədi Allahverdi Məmmədov, «Ədəbiyyat qəzeti»nin məsul katibi, teatrşünas Atabala İsmayıloğlu, 21 saylı məktəbin direktoru, yazıçı Fərrux Ağasıbəyli dəvət olunub. 150 və 21 saylı məktəblərin şagirdləri yubilyarın əsərlərindən fraqmentlərlə çıxış edəcəklər.
   Muzeyin direktoru Pərixanım Mahmudova ev-muzeyində Mirzə Cəlil irsinin daim əziz tutulduğunu və mütəmadi olaraq anım və digər tədbirlərin keçirildiyini bildirdi. “Daim müasir olan Mirzə cəlil yaradıcılığının tədqiqi istiqamətində yeni elmi araşdırmalar aparılır və əldə olunan hər detal barədə ictimaiyyətə geniş məlumat verilir”.