Azərbaycanın şimal-qərbində Oğuz rayonunun Kərimli kəndi yaxınlığındakı məbəddə arxeoloq Nəsib Muxtarovun rəhbərlik etdiyi Arxeologiya və Etnoqrafiya ETİ-nin ekspedisiyası 10x8 sm ölçüdə öküz başının təsviri olan qızıl maska tapıb. Bundan başqa, qızıl muncuqlar, üzük və sırğalar tapılıb.
   Ekspedisiyanın iştirakçısının verdiyi məlumata görə, maska 168 sm boyu olan kişi skeletinin yanında tapılıb.
   Kərimli kəndi yaxınlığında ümumilikdə 7 məbəd aşkar edilib. Yalnız iki məbəddə qazıntı aparılıb və zəngin materiallar tapılıb.
   Bu mənada, qızıl maska nadir tapıntıdır və əvvəllər buna bənzər əşyalar yalnız qədim Mingəçevirdə qazıntılar zamanı aşkar edilib. Bu iki tapıntının müqayisəli təhlili alimlərə bir sıra suallara, o cümlədən maskanın hazırlanmasının texniki aspektləri ilə bağlı suallara cavab tapmağa imkan verəcək.
   Bədii dəyəri nöqteyi-nəzərindən öküz maskasının Cənubi Qafqaz ərazisində tapılmış qədim tapıntılar arasında analoqu yoxdur.
   Hazırda tədqiq edilən məbəddə sonradan tarix-arxeolojiya muzeyi yaradılacaq.