XX əsrin əvvəllərində Azərbaycan tarixində əhəmiyyətli rol oynamış türk generalı Kazım Qarabəkir Paşanın nəvəsi İclal xanım Cankorel Naxçıvan Dövlət Tarix Muzeyinə babasına aid eksponatlar göndərib.
   Eksponatlar arasında 12 kitab, Kazım Qarabəkir Paşanın yazdığı “Vətən marşı” (notları ilə birlikdə), Türkiyənin İstanbul şəhərindəki Kazım Qarabəkir Vəqfinin döş nişanı və bukletləri vardır.
   İclal xanım hələ 2000-ci ildə Naxçıvanda olarkən Tarix Muzeyini ziyarət etmiş və babasına aid guşə onda xoş təəssürat doğurmuşdu. Türk generalının Naxçıvan Dövlət Tarix Muzeyində guşəsinin yaradılması təsadüfi deyil. Belə ki, 1918-ci ilin mayında türk ordusunun hissələri ilə Naxçıvana gələn Kazım Qarabəkir Paşa yerli əhalini erməni zülmündən xilas etmişdi.
   Qeyd edək ki, Naxçıvanın muxtariyyət statusu almasında böyük əhəmiyyətə malik olan tarixi Qars müqavi|əsini 1921-ci il oktyabrın 13-də Türkiyə Cümhuriyyəti tərəfindən imzalayanlardan biri də məhz Kazım Qarabəkir Paşa olub.