Şəkinin qədim qala divarları qismən dağılmaq üzrədir. Divarın bəzi hissələrində artıq dağıntı izləri aşkar edilib. Qala divarları XVIII əsrə aiddir və qədim memarlıq nümunəsi kimi dövlət tərəfindən qorunub saxlanılır.
   Qeyd edək ki, qala divarlarının bir hissəsi 4 il bundan öncə bərpa edilmişdi. Lakin, çox təəssüflər olsun ki, yalnız bir hissəsi - yəni tarixi abidəni ziyarət edənlərin ilk gördükləri ön hissə. Şəki şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən xəbərə əsasən, hal-hazırda divarın yalnız 20%-nin təmirə ehtiyacı var. Yaxın zamanlarda bu məsələ də öz həllini tapacaq.
   Xatırladaq ki, sözügedən ərazidə Tarix-diyarşünaslıq muzeyi, Xalq-tətbiqi sənəti muzeyi və Xan sarayı yerləşir.