Qazax rayonu tarixi-memarlıq abidələri ilə zəngindir. Onlar Mədəniyyət və Turizm Nazirliyinin qeydiyyatındadır, dövlət tərəfindən qorunur. Nazirlikdən verilən məlumata görə, qurum tərəfindən rayonda 1901-ci ildə inşa edilmiş Came məscidi yenidən bərpa olunub.
   Lakin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan təmir-bərpa işləri bununla yekunlaşmır. Belə ki, il ərzində Qazaxda görülən işlər sırasına 1895-ci ildə Aslanbəyli kəndində inşa edilən Hacı Mahmud Əfəndi türbəsinin, VII əsrdə inşa olunmuş Didivan qülləsi və VIII əsrə aid alban məbədinin bərpası da daxildir. Bərpa işlərinə yaxın aylarda başlanılacağı gözlənilir.
   Qeyd edək ki, adıçəkilən rayonda 112 tarixi abidə var. Onlardan 54-ü arxeoloji, 46-sı memarlıq, 7-si monumental-tarixi, 5-i isə dekorativ-tətbiqi incəsənət abidəsidir.
   FƏXRİYYƏ