Abdulla Şaiqin mənzil-muzeyində avstriyalı müəllif Liliane Qrimmin alman dilinə tərcümə etdiyi "Azərbaycan folkloru" kitabının teqdimat mərasimi kecirilib.
   Tədbirdə Xarici İşlər Nazirliyinin, Yazıçılar Birliyinin, S.Vurğun, C.Məmmədquluzadə, C.Cabbarlı, N.Nərimanov və digər muzeylərin, Kitab Klubunun, Abdulla Şaiq adına kitabxananın nümayəndələri, Azərbaycan Respublikası Nazirlər Kabinəsi yanında İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsinin baş memarı Rüfət Acalov, AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi Rza Xəlilov, şairə-publisist Şəhla Gündüz, "Kimlik" jurnalının baş redaktoru Sirus Azadi iştirak ediblər.
   Almaniyada nəşr olunmuş "Azərbaycan folkloru" kitabı haqqında Liliane Qrimm və XIN-in birinci katibi Nəsimi Ağayev məlumat verdilər. Onlar kitabın nəşri ilə bağlı maraqlı faktları mərasim iştirakçılarına çatdırdılar. Qonaqlar bu yeni nəşri Azərbaycan ədəbiyyatının, Azərbaycan folklorunun xaricdə təbliği yolunda atılan mühüm addım kimi qiymətləndirdilər. Sonda məclis iştirakçıları sonda muzeyin ekspozisiyası ilə tanış oldular.