Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı iyunun 2-də dünyada məşhur olan «Notre Dame de Paris» («Paris Notrdam kilsəsi») müziklinin rus versiyası ilə teatrsevərlərin görüşünə gələcək. Qeyd edək ki, tamaşada Rusiyanın tanınmış artistləri - Svetlana Svetikova (Esmiralda), Vladimir Dibski (Qrenquar), Serqey Li (Klopen), Eduard Şuljevski (Feb) və başqaları rol alıb. Müzikl fransız yazarı Viktor Hüqonun eyniadlı romanı əsasında səhnələşdirilib. Əsərdə əsas mövzu xeyirxahlıq, sevgi və mərhəmətdir. Müəllifin fikrincə, bunlarla dünyanı xilas etmək olar. Burada həm də Kvazimodonun faciəli həyatından danışılır. Onu da bildirək ki, Hüqonun bu dünyaşöhrətli əsəri əsasında Samir Qulamovun səhnələşdirdiyi “Kvazimodo” tamaşası vaxtilə Akademik Milli Dram Teatrının səhnəsində oynanılıb.   

   ELMİN