Lyudmila Zıkinanın xatirəsinə həsr edilmiş konsert turu Rusiyanın müxtəlif şəhərlərində, həmçinin Azərbaycan, Belarus və Ukraynada da keçiriləcək. Lyudmila Zıkinanın xatirəsinə həsr edilmiş qastrol turu dekabr ayında Moskvada keçiriləcək möhtəşəm konsert proqramı ilə başa çatacaq. Konsert iştirakçıları arasında ifaçının tələbələri, ansamblı, həmçinin Lyudmila xanımın bütün səhnə fəaliyyəti ərzində birgə işlədiyi Pyatnitski adına xor, Kuban kazaklarının xoru, "Beryozka" və bir çox başqa kollektivlər olacaq.
   Qeyd edək ki, "Rusiya" Milli Akademik Dövlət ansamblına Lyudmila Zıkinanın adı veriləcək.