Muğam ustası Alim Qasımov Yaponiya, İspaniya və Almaniyada təşkil olunan səs festivallarından qayıdıb. Festivallar uğurla başa çatıb və bəzi xüsusiyyətləri ilə yaddaqalan olub. Alim Qasımov festivalların keçirilməsinin muğamın dünyada tanınması istiqamətində böyük əhəmiyyətə malik olduğunu bildirib.
   Xanəndə hesab edir ki, milli musiqimizi beynəlxalq səviyyəyə çatdırmaq üçün belə festivallar tez-tez təşkil edilməli və təbliğat işləri sistemli şəkildə aparılmalıdır.