Noyabrın 14-də ABŞ-da keçiriləcək kinofestival çərçivəsində Azərbaycan muğamına həsr olunmuş «Mugham in Montana» filmi nümayiş etdiriləcək.
   Montana Universitetinin (ABŞ) professoru, Amerikanın tanınmış politoloqu və jurnalisti Tomas Qoltsın quruluşunda lentə alınan filmdə Azərbaycanın “Qədim Şərq” kvartetinin musiqili səyahətindən, çıxışlarından söz açılır.
   Filmdə Amerikanın muğam üzrə məşhur mütəxəssisi Cefri Verbokun kvartetin yekun konsertində iştirakı da yer alıb.
   Festivalda 50-yə yaxın filmin nümayişi nəzərdə tutulub.