Qurban bayramı ilə əlaqədar olaraq 6 saylı Uşaq Musiqi məktəbi Mahnı Teatrında tədbir keçirəcək. Məktəbin müəllim heyəti burada böyük konsert proqramı ilə çıxış edəcək. Proqramda klassik musiqi ilə yanaşı, milli musiqimiz də səsləndiriləcək. Məktəbin xalq çalğı alətləri ansambllı da öz repertuarı ilə dinləyicilərin bayramını təbrik edəcək. Eyni zamanda məktəbin rəqs qrupu və vokalistləri də bu təbriklərə qoşulacaqlar. Qeyd edək ki, noyabrın 26-da keçirilən bu tədbir bir məktəbin təşkilatçılığı baxımından ilk hadisədir.