Fevralın 7-də müasir dövrün ən məşhur skripkaçılarından biri olan Gidon Kremer Azərbaycan Dövlət Filarmoniyasında çıxış edəcək. Konsertdə skripkaçını özünün tanınmış kamera orkestri “Kremerata Baltika” müşayiət edəcək.
   Qeyd edək ki, konsertdə maestronun özündən başqa Azərbaycanın əməkdar artisti, filarmoniyanın direktoru Murad Adıgözəlzadə də çıxış edəcək.
   Gidon Kremer Çaykovski adına beynəlxalq müsabiqə mükafatçısı, “Qremmi”, Liberti və Rolf Şok mükafatlarının sahibidir.