Yanvarın 28-də Şövkət Məmmədova adına Opera studiyasında virtuoz saksafonçu, Azərbaycanın əməkdar artisti Rain Sultanovun konserti baş tutacaq. Bu barədə Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib. Konsertin proqramı ud, violonçel kimi alətlərin istifadəsi ilə orijinal stildə hazırlanıb. Konsertin proqramına Rain Sultanovun albomlarından ən yaxşı musiqilər daxil edilib. Konsertdən sonra Bakı Caz Mərkəzində populyar caz ifaçılarının iştirakı ilə cem-seyşın baş tutacaq.