Fevralın 5-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Qara Qarayev - əsərlərin məcmusu” adlı albomun təqdimetmə mərasimi olacaq. İki diskdən ibarət alboma görkəmli Azərbaycan bəstəkarının “Leyli və Məcnun”, “İldırımlı yollarla”, “Alban rapsodiyası”, “Goya”, “Quasi uno Concerto” kimi əsərlər daxil edilib. Diskə həmçinin Q.Qarayevin yaradıcılıq barədə məlumat, əsərlərin dirijorları və ifaçıları haqqında qısa izahat verən kitabça da əlavə olunub.