Azərbaycan muğam ustalarından ibarət qrupun ABŞ-a səfəri San-Fransiskodakı yekun konserti ilə başa çatıb. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan bildiriblər ki, konsulluğun təşkil etdiyi silsilə konsertlər Xalq artisti Siyavuş Kəriminin rəhbərliyi ilə keçirilib. Amerikalı tamaşaçılar xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, həmçinin əməkdar artistlər Elnur Əhmədov, Elçin Həşimov və Kamran Kərimovun ifalarını böyük maraqla qarşılayıblar. Azərbaycanın muğam ustaları bundan əvvəl ABŞ-ın San-Dieqo və Los-Anceles şəhərlərində konsert veriblər.