Məşhur Misir musiqiçisi, zərb alətlərinin mahir ifaçısı Yamini Redvan Azərbaycanda ustad dərsləri keçəcək. Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirib ki, ustad dərsləri martda Bakıda keçiriləcək II Beynəlxalq Muğam Festivalı çərçivəsində baş tutacaq.
   F.Əlizadə qeyd edib ki, ustad dərsləri zamanı Xalq artisti, xanəndə Alim Qasımov və onun tələbələri də çıxış edə bilərlər: “Çox istərdik ki, xarici mütəxəssislər onların ifasını dinləsinlər. Ancaq Alim Qasımov İranda olduğu üçün hələ özü ilə danışa bilməmişik. Ondan cavab gözləyirik”.