Tom Kruzun və Keti Holmsun 2 yaşlı qızı Suri Kruz Hollivudun 5 yaşdan kiçik ən populyar uşaqlarının siyahısına başçılıq edir. "Associated Press" agentliyinin məlumatına görə, siyahını "Forbes" jurnalı tərtib edib. Reytinqdə ikinci yeri Bred Pitt və Ancelina Colinin qızı Şilo Nuvel tutur. Onların altı uşağından daha ikisi - Zahara və Paks da müvaifq olaraq siyahıda üçüncü və dördüncü yerləri tuturlar. Beşinci yeri isə məşhur qolfçu Tayqer Vudsun qızı Sem Aleksis tutub. İlk onluğa Devid və Viktoriya Bekhemlərin qızı Kruz, Hit Lecer və Mişel Uilyamsın qızı Matilda Rouz, Qay Riçi və Madonnanın oğlu Devid Banda, Kevin Federlayn və Britni Spirsin oğlu Şon Perston, Çarli Şin və Denis Riçardsın qızı Sem də daxildirlər. Qeyd edək ki, ilk dəfə "uşaq onluğu" 2007-ci ildə tərtib edilib. Bu siyahı uşaqların adının mətbuatda hallanma tezliyi və onların valideynlərinin populyarlığı əsasında tərtib olunur.