Məlum olduğu kimi, məşhur amerikalı müğənni Maykl Cekson rəsmi şəkildə İslamı qəbul edib. Böyük Britaniyanın "The Sun" tabloidinin verdiyi məlumata görə, onun İslamı qəbul etməsi mərasimi Los-Ancelesdə, məsciddən dəvət edilən imamın şəhadəti ilə həyata keçirilib. Bundan sonra ona yeni ad verilib. Əvvəlcə müğənniyə Mustafa adı təklif olunsa da, Cekson həmin addan imtina edib. Sonra isə özü Mikayıl adını götürüb. Qeyd edək ki, Maykl Ceksonun müsəlmanlığı qəbul etməsi barədə hələ illər öncə məlumat yayılmışdı. Onun Amerikada məscid tikdirdiyi də iddia olunurdu.