Dövlət başçısı “Respublika” mehmanxanasının təmirdən sonrakı vəziyyəti ilə də tanış olub
   
   İyulun 20-də paytaxtda “Park Bulvar” ticarət və istirahət mərkəzinin açılışı olub. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
   
   Dənizkənarı Milli Parkda inşa olunan yeni “Park Bulvar” ticarət və istirahət mərkəzi də öz dizaynına, memarlıq quruluşuna görə, paytaxtın simasına xüsusi yaraşıq verir. Məşhur brendlərin, firmaların bir araya gəldiyi “Park Bulvar” ticarət və istirahət mərkəzində yaradılan şərait dünya standartları səviyyəsindədir. Burada alış-veriş etməklə yanaşı, sözün əsil mənasında istirahət etmək, müxtəlif əyləncələrə qatılmaq, dünyanın ən maraqlı mətbəxlərinin nümunələri ilə tanış olmaq mümkündür.
   
   * * *
   İyulun 20-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Respublika” mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olub.
   Görülən işlər barədə dövlətimizin başçısına məlumat verilib. Bildirilib ki, yenidənqurma işlərini yerli və xarici mütəxəssislərdən ibarət inşaat briqadası həyata keçirib. İnşaat işlərində 140-a yaxın fəhlə və mütəxəssis iştirak edib, təmir və yenidənqurma işləri ən müasir standartlara uyğun şəkildə aparılıb. Qonaqların rahatlığını təmin etmək məqsədi ilə mehmanxanada müxtəlif idman qurğuları da quraşdırılıb.
   12 mərtəbəli mehmanxanada 30 nömrəlik geniş və yaraşıqlı otaqlar ən müasir standartlara cavab verir. Mehmanxanada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans salonu da yaradılıb. Qonaqlara yüksək səviyyəli iaşə xidməti göstərmək üçün restoran və kafelər fəaliyyət göstərir.
   Azərbaycan Prezidenti və xanımı görülən işlərlə yaxından tanış olublar, mehmanxananın eyvanından şəhərin panoramını seyr ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar