“İstanbul - Avropa Mədəniyyəti Paytaxtı-2010” mədəniyyət ili çərçivəsində hazırlanmış Tədbirlər Planına uyğun olaraq iyulun 2-də bu şəhərdə başlanmış Birinci Beynəlxalq İstanbul Opera Festivalı başa çatır.
   
   İlk dəfə təşkil olunan Beynəlxalq İstanbul Opera Festivalının əsas özəlliyi türkdilli xalqların mədəniyyətini və həyat tərzini özündə əks etdirməsidir.
   Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, Birinci Beynəlxalq İstanbul Opera Festivalı iyulun 23-də Haliç Konqres Mərkəzinin səhnəsində TÜRKSOY-un Baş Katibliyinin təşəbbüsü ilə hazırlanmış “Koroğlu” operasının nümayişi ilə yekunlaşacaq.
   Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin bu əsəri üslubunun zənginliyi və sadəliyi ilə hər zaman tamaşaçıları heyran edib. Xəbər verildiyi kimi, TÜRKSOY-un Baş Katibliyi bu əsərin türk dünyasının tanınmış sənətkarları ilə birlikdə yenidən səhnələşdirilməsi məqsədi ilə 2009-cu ildən müvafiq işlərə başlayıb.
   Beynəlxalq “Koroğlu” operası layihəsi TÜRKSOY-a üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyasının Tatarıstan və Başqırdıstan respublikalarından 250 sənətçinin iştirakı ilə keçən il Bişkek, Almatı, Ankara və Bakı şəhərlərində böyük uğurla səhnələşdirilib.
   Birinci Beynəlxalq İstanbul Opera Festivalının sonuncu günündə türk dilində səsləndiriləcək “Koroğlu” operası Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tatarıstan və digər türkdilli respublikaların sənətçilərinin iştirakı ilə nümayiş etdiriləcək.
   Operanın nümayişində ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Dövlət Akademik Opera və Balet Teatrının solisti, teatrın orkestri, Dövlət Xor Kapellasının artistləri təmsil edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar