Məşhur amerikalı aktyor Alek Bolduinin qardaşı, tanınmış aktyor Stiven Bolduin iflasa uğramasının təqib edilməsi ilə bağlı məhkəməyə sənədlər təqdim edib. Bu barədə «Reuters» agentliyi məlumat yayıb.
   Sənədlərə görə, 43 yaşlı Stivenin 2,3 milyon dollar borcu yığılıb. Bu borcun 1,2 milyon dolları Nyu-Yorkda daşınmaz əmlakla bağlı ipoteka borcudur. Məbləğin 1 milyonu vergilər şəklindədir. Stivenin evini isə cəmi 1,1 milyon dollara dəyərləndiriblər.
   Aktyorun təmsilçiləri onun iflasa uğraması ilə bağlı məlumatı şərh etməkdən imtina ediblər.
   Stiven Bolduin «Şübhəli şəxslər», «Bir cəsur polis işçisi», «4 iyulda doğulanlar» kimi filmlərdə və televiziya şoularında iştirakı ilə məşhurlaşıb. Amma aktyor 2009-cu ilin iyununda Kosta-Rikada çəkilən «Mən ulduzam… Məni burdan götürün» adlı şouda iştirak etməkdən boyun qaçırıb. Çünki onu ağcaqandlar dişləyirmişlər...







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar