Məşhur avstraliyalı aktyor Rassel Krou Riddli Skottun «Robin Qud» filminin çəkilişi zamanı qəhrəmanına uyğun hərəkət edib. «WorstPreviews» resursunun məlumatına görə, aktyor çəkiliş günlərindən birində qadın əməkdaşlardan birinə avtomobil almaq üçün pul bağışlayıb.  Layihənin səs operatoru Deniz Yard çəkilişə gecikərək avtomobilinin xarab olmasından şikayətlənib. Rassel Krou qadının yeni avtomobil almaq lazım olduğunu, amma pulunun çatmadığını dediyini eşidib və onu acılayıb.
   Cavabında Deniz Yard bildirib ki, Krou ondan fərqli olaraq, avtomobil almaq üçün pul axtarmadığından belə danışa bilir. Aktyor isə səhvə yol verdiyini başa düşərək qadından üzr istəyib və avtomobil almaq üçün ona 5 min funt-sterlinq dəyərində çek bağışlayıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar