Məşhur Hollivud rejissoru Stiven Soderberq kinematoqrafiya karyerasını başa vurmaq üzərində düşünür. Bu barədə rejissor özü Böyük Britaniyanın "The Guardian" qəzetinə müsahibəsində bildirib.
   Soderberq deyib ki, məşhur inqilabçı Ernesto Çe Gevara barəsində çəkilən diologiya onu məyus edib. Film çəkilişinə xərclənən məbləğin ancaq yarısını toplaya bilib. Filmin üzərində iş isə həddindən artıq yorucu olub - onu cəmi 76 günə çəkiblər: "Çəkilişlərin başa çatmasından artıq 1 il keçib. Amma mən indi də səhər tezdən yuxudan duranda bu layihəni başa çatdırdığım üçün Allaha dua edirəm".
   Soderberq karyerasını başa çatdırmaq üzərində düşündüyünü etiraf edib: "Bu fikrə bu gün gəlməmişəm. Mənim çəkmək istədiyim bir neçə film var. Amma onları bitirəndən sonra, sadəcə olaraq yox ola bilərəm".
   Qeyd edək ki, rejissor bundan əvvəl "Kleopatra" rok-operasını çəkmək niyyətini açıqlayıb. Filmdə Misir kraliçasını Ketrin Zeta-Cons oynamağa razılıq verib. Bundan əlavə, Soderberqin planında 1987-ci ildə QİÇS-dən ölən pianoçu və şoumen Liberaçe barəsində film çəkmək də var.
   Xatırladaq ki, Stiven Soderberq "Traffik", "Erin Brokoviç", "Solyaris" və "Ouşenin 11 dostu" kimi filmləri ilə məşhurdur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar