"Aurora Trust" şirkətinin sualtı arxeoloqları Tirren dənizində yerləşən Ventotene adası yaxınlığında Roma imperiyasına məxsus 5 gəmi tapıblar. Onların hamısı bizim eramızın I əsri ilə bizim eramızdan əvvəl V əsr arasında batıb. "Reuters" agentliyi qeyd edir ki, gəmi "qəbiristanlığı" 100 metr dərinlikdə yerləşdiyindən, həvəskar dalğıcların əraziyə enməsi çətinləşib.
   Ventotene Roma və Neapol arasındakı yolun ortasında yerləşən Pontskiansk adaları qrupuna daxildir. Dənizçilər qədim zamanlarda Pandatriya adlanan adanın limanından qeyri-stabil Tirren dənizindəki qasırğalardan qorunmaq üçün istifadə edirlərmiş. Amma bu gəmilərə limana salamat çatmaq qismət olmayıb - onların hamısı adanın yaxınlığında batıb. Bu gəmilərin anbarında içində İtaliya çaxırı olan gil çəlləklər, İspaniya və Şimali Afrikadan gətirilən və içində balıq sousu olan qablar, metal külçələr olub. Bu külçələrdən silah və ya heykəl hazırlamaq planlaşdırılırmış.
   Bizim eramızın I əsrində Pandatriya adası romalı zadəgan ailələrindən olan qadınların sürgün edildiyi yerə çevrilib. Məsələn, imperator Avqust ərinə xəyanət edən qızı Böyük Yuliyanı, Tiberiy isə Yuliyanın qızı Böyük Aqrippinanı ora sürgün edib. İmperator Neron isə özünün birinci arvadı Klavdiya Oktaviyanı adaya göndərib. XX əsrdə - Mussolininin dövründə isə Ventotene hakim rejimin siyasi rəqiblərinin saxlanıldığı düşərgə olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar