Bir çox məşhur şəxslərə məxsus əşyalar avqustun 5-də keçiriləcək internet-auksiona çıxarılacaq. Auksionun təşkilatçıları bildiriblər ki, Nyu-Yorkda hərraca çıxarılacaq lotlar arasında Madonnanın sevgi məktubları da var.
   Bundan əlavə, satılan əşyalar arasında müğənninin keçmiş sevgilisi Cim Olbraytın telefonunun avtocavabına yazdırdığı iki kiçik kaset də var. Təşkilatçılar bu yazıların erotik xarakter daşıdığını xüsusi olaraq vurğulayırlar. Gözlənildiyinə görə, təkcə kasetlərin satışından 40 min dollar gəlir əldə ediləcək. Satışa qoyulan əşyalar arasında boks üzrə keçmiş dünya çempionu Məhəmməd Əlinin xalatı da var. İdmançı bu xalatı Ken Nortonla döyüşə hazırlaşan zaman məşqlərdən sonra geyirmiş. Məhəmməd Əlinin qələbə qazandığı bu döyüş 1976-cı ildə «Yankee» stadionunda baş tutub.
   Fanatlar üçün daha bir maraqlı lot gitaraçı Cimmi Hendriksin «PPX Enterprises» prodüser şirkəti ilə müqaviləsi olacaq. Sənədin altında 1965-ci il tarixi göstərilib. Bəzi məlumatlara görə, bu, məşhur musiqiçinin imzaladığı ilk müqavilədir.
   Ümumilikdə isə auksionda 150 kolleksiyaçıya məxsus 500-dən çox müxtəlif lot satışa çıxarılacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar