Fransız aktrisası Katrin Denev və italyan aktyoru Mikel Plaçido xoşagəlməz insidentlə üzləşiblər. «France Presse» agentliyinin məlumatına görə, İtaliyanın Lukka şəhərində keçirilən «La Versiliana» festivalı zamanı tamaşaçılar onları fitə basıb.
   Aktyorlar festival çərçivəsində səhnədə Jorj Perekin «Mən xatırlayıram» kitabından bir hissəni oxuyublar. Onları musiqi və ekranda ötən əsrin 50 və 70-ci illərinin fotoşəkillərinin nümayişi müşayiət edib. Bu zaman aktyorlar doğma dillərində oxuyublar - Denev fransız, Plaçido isə italyan dilində.
   40 dəqiqəlik səhnə başa çatan kimi tamaşaçılar fit çalmağa və narazılıqlarını bildirməyə başlayıblar. 200-ə yaxın adam kassa önündə toplaşaraq, pullarını geri tələb ediblər. Onlar ancaq festival təşkilatçılarının onlara digər tədbirə bilet verməsindən sonra dağılışıblar.
   Güman edildiyinə görə, tamaşaçılar Denevin fransız dilində oxumasından hirsləniblər. Mikel Plaçido da sonradan bildirib ki, bundan sonra Denev əziyyət çəkməli və italyan dilində oxumalıdır.
   «La Versiliana» iyul və avqust aylarında İtaliyanın Toskana regionunun Lukka şəhərində keçirilir. Festival çərçivəsində xeyli sərgi və tamaşa təşkil edilir. Denevin çıxışı «dünya premyerası» kimi təqdim edilirmiş.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar