Aktyor və kinorejissor Silvestr Stallone Venesiya kinofestivalının xüsusi mükafatına layiq görüləcək. "France Presse" agentliyinin məlumatına görə, ona "müasir kinoda qoyduğu izə görə" mükafatı veriləcək.
   Festivalın münsiflər heyəti ssenari müəllifi, rejissor, prodüser və aktyor kimi Stallonenin uğurlarını qiymətləndirmək qərarına gəlib. "Müasir kinoda qoyduğu izə görə" mükafatı ənənəvi olaraq festivalın bağlanması ərəfəsində təqdim olunur. Bu il həmin mükafat sentyabrın 12-də veriləcək.
   Məlumata görə, təqdimetmə mərasimi zamanı Stallonenin "The Expendables" adlı yeni filmindən kadrlar nümayiş etdiriləcək. Bu filmdə həm rejissor, həm də aktyor kimi çıxış edən Stallone ANSA agentliyinə müsahibəsində bildirib ki, film "insanların başqalarını xilas etmək üçün ödəməyə hazır olduqları qiymətdən və qəhrəmanlıqdan bəhs edir".
   Silvestr Stallone artıq bəyan edib ki, Venesiya festivalının mükafatını almaq onun çoxdankı arzusuymuş. Bu mükafatın ötən illərdəki laureatları arasında yaponiyalı rejissor Takeşi Kitano və fransalı Anes Varda kimi şəxslər var.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar